“Sevilya” baş məşqçisini qovdu

İspaniyanın “Sevilya” klubu baş məşqçisi Pablo Maçinlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

43 yaşlı ispaniyalı mütəxəssisin istefasına son dövrlərdəki uğursuz nəticələr səbəb olub. Klubun yaydığı açıqlamada komandanı mövsümün sonuna kimi Xoakin Kaparrosun çalışdıracağı da qeyd olunub.

“Sevilya” La Liqa çərçivəsində keçirdiyi son 6 oyunda cəmi 4 xal qazana bilib. Komandanın Avropa Liqasının 1/8 finalında Çexiya “Slaviya”sına məğlubiyyəti və mübarizəni dayandırması isə Maçinin istefasını labüd edib.