“Sevilya” “Barselona”dan keçmiş futbolçusunu istəyir

İspaniyanın “Sevilya” klubu “Barselona”nın yarımmüdafiəçisini heyətinə qatmaq niyyətindədir.

Komanda.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Sevilya” İvan Rakitiçin xidmətində maraqlıdır. Əndəlüs təmsilçisi 32 yaşlı futbolçunu yay transfer dövründə uyğun məbləğ qarşılığında heyətinə qatmağı düşünür.

Rakitiçin də yenidən “Sevilya”da çıxış etməyə müsbət yanaşdığı bildirilir. Lakin Rakitiç “Barselona”dan 2021-ci ilin yayından – müqaviləsi bitməmişdən əvvəl ayrılacağı halda, “Sevilya”dan 3 illik müqavilə tələb edəcək.

Xorvat futbolçu 2011-2014-cü illərdə “Sevilya”nın şərəfini qoruyub.