Avroliqa: “Başakşəhər” pley-offda!

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdə təmsilçisi olan “Qarabağ” da son oyununa çıxıb. Ağdam təmsilçisi Lüksemburq “Düdelanj”ını qəbul edib və heç-heçəyə razılaşıb. Qrupun digər matçında APOEL “Sevilya” ilə qarşılaşmadan minimal hesabla qalib ayrılıb. “Qarabağ”ın yer aldığı A qrupunda “Sevilya” və APOEL növbəti mərhələyə vəsiqəni təmin edib.

Türkiyənin “Trabzonspor” klubu “Bazel”in, “Beşiktaş” “Vulverhempton”un, “Başakşəhər” isə “Borussiya”nın (Münhenqladbax) qonağı olub. “Trabzonspor” və “Beşiktaş”ın şansı qalmasa da, “Başakşəhər” qələbə qazanacağı halda, pley-off mərhələsinə yüksələcəkdi. İstanbul təmsilçisi bu oyunda əzmkar qələbəyə imza ataraq pley-offa vəsiqə qazanıb. Digər iki klub isə son oyunda da məğlubiyyətə üzülüb.

Avropa Liqası, qrup mərhələsi, 6-cı tur

12 dekabr

A qrupu

Qarabağ – Düdelanj (Lüksemburq) 1:1
Qol
: Qeye, 90+1 – Buqren, 63.

APOEL (Kipr) – Sevilya (İspaniya) 1:0
Qol
: Saviç, 61.

B qrupu

Dinamo (Kiyev, Ukrayna) – Luqano (İsveçrə) 1:1
Qol
: Tsiqankov, 90+4 – Aratore, 45.

Kopenhagen (Danimarka) – Malmö (İsveç) 0:1
Qol
: Papayannapulos, 77-öz qapısına.

C qrupu

Bazel (İsveçrə) – Trabzonspor (Türkiyə) 2:0
Qol
: Vidmer, 21. Stokker, 72.

Xetafe (İspaniya) – Krasnodar (Rusiya) 3:0
Qol
: Kabrera, 76. Molina, 78. Kenedi, 86.

D qrupu

LASK (Avstriya) – Sportinq (Portuqaliya) 3:0
Qol
: Trauner, 23. Klauss, 38-pen. Raquz, 90+3.

PSV (Hollandiya) – Rusenborq (Norveç) 1:1
Qol
: İhattaren, 63 – Helland, 22.

E qrupu

Renn (Fransa) – Latsio (İtaliya) 2:0
Qol
: Qnaqnon, 31; 87.

ÇFR (Rumıniya) – Seltik (Şotlandiya) 2:0
Qol
: Burka, 49. Dyokoviç, 70.

F qrupu

Standard (Lyej, Belçika) – Arsenal (İngiltərə) 2:2
Qol
: Bastien, 47. Amallah, 69 – Lakazette, 78. Saka, 81.

Ayntraxt (Frankfurt, Almaniya) – Vitoriya (Portuqaliya) 2:3
Qol
: Da Kosta, 31. Kamada, 38 – Roşinya, 8. Elmusrati, 85. Edvards, 87.

G qrupu

Portu (Portuqaliya) – Feyenoord (Niderland) 3:2
Qol
: L.Dias, 14. Malasia, 16-öz qapısına. Soares, 34 – Bottegin, 19. Larsson, 22.

Reyncers (Şotlandiya) – Yanq Boyz (İsveçrə) 1:1
Qol
: Morelos, 30 – Barişiç, 89-öz qapısına.

H qrupu

Espanyol (İspaniya) – ÇSKA (Rusiya) 0:1
Qol
: Vlaşiç, 84.

Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan) 1:1
Qol
: Lukoki, 24 – Skvarka, 90+5.

I qrupu

Gent (Belçika) – Aleksandriya (Ukrayna) 2:1
Qol
: Depoitre, 7; 16 – Miroşniçenko, 54.

Volfsburq (Almaniya) – Sent-Etyen (Fransa) 1:0
Qol
: Otavio, 52.

J qrupu

Roma (İtaliya) – Volfsberq (Avstriya) 2:2
Qol
: Perotti, 7-pen. Dzeko, 19 – Florensi, 10-öz qapısına. Vaysman, 64.

Borussiya (Münhenqladbax, Almaniya) – Başakşəhər (Türkiyə) 1:2
Qol
: Turam, 33 – İ.Kahveçi, 44. Krivelli, 90.

K qrupu

Slovan (Slovakiya) – Braqa (Portuqaliya) 2:4
Qol
: Şporar, 42. Moha, 70 – Fonte, 44. Trinkao, 72. Bojikov, 75-öz qapısına. Paulinyo, 90+3.

Vulverhempton (İngiltərə) – Beşiktaş (Türkiyə) 4:0
Qol
: Jota, 58; 63; 69. Dendonker, 67.

L qrupu

Mançester Yunayted (İngiltərə) – Alkmaar (Niderland) 4:0
Qol
: Yanq, 53. Qrinvud, 58; 64. Mata, 62-pen.

Partizan (Serbiya) – Astana (Qazaxıstan) 4:1
Qol
: Souma, 4. U.Sadiq, 22; 76. Asano, 26 – Rotariu, 79.

Bombardir: Alfredo Morelos (Reyncers) – 6 qol.