“Atletiko”nu 1/8 finala buraxmadılar

Futbol üzrə İspaniya kubokunda 1/16 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Saraqosa” “Malyorka”nı, “Sevilya” isə “Levante”ni məğlub yola salaraq, 1/8 finala yüksəlib. Səfərdə “Rekreativo” ilə qarşılaşan “Osasuna” da növbəti mərhələyə vəsiqə qazanıb.

İkinci oyun günündə daha 8 görüş baş tutub. Bu oyunlardan sonra “Atletik”, “Barselona, “Qranada”, “Vilyarreal”, “Real Sosyedad”, “Tenerife”, “Valensiya” və “Real” da növbəti mərhələyə yüksəlib.

Sonuncu oyun günündə daha beş görüş baş tutub. “Selta” “Mirandes”ə, Madrid “Atletiko”su “Leonesa”ya, “Eybar” “Badaxos”a uduaraq mübarizəni dayandırıb. “Leqanes”lə “Rayo Valyekano” da növbəti mərhələyə yüksəlib.

İspaniya kuboku, 1/16 final

21 yanvar

Rekreativo – Osasuna 2:3

Saraqosa – Malyorka 3:1

Sevilya – Levante 3:1

22 yanvar

Elçe – Atletik 1:2

İbiza – Barselona 1:2

Badalona – Qranada 1:3

Jirona – Vilyarreal 0:3

Real Sosyedad – Espanyol 2:0

Tenerife – Valyadolid 2:1

Loqrones – Valensiya 0:1

Unionistas – Real 1:3

23 yanvar

Mirandes – Selta 2:1
Ebro – Leqanes 0:1
Leonesa – Atletiko 2:1
Badaxos – Eybar 3:1
Rayo Valyekano – Betis 2:2 (penaltilər 4:2)