Şevçenko ilə yeni danışığa başladılar

Ukrayna Futbol Federasiyası millinin baş məşqçisi Andrey Şevçenko ilə bağlı qərarını verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, federasiya, 43 yaşlı mütəxəssisi yığmada saxlamaq niyyətindədir. Futbol qurumu mütəxəssisə 2 illik yeni müqavilə təklif edib. Artıq tərəflər arasında danışıqların başladığı bildirilir.

Şevçenkonun da yeni müqavilə təklifinə müsbət yanaşdığı deyilir.

Mütəxəssisin federasiya ilə hazırkı müqaviləsi yaya qədər nəzərdə tutulub. Ukrayna millisi Şevçenkonun rəhbərliyi altında AÇ-2020-yə vəsiqə qazanmışdı.