“Neymara baş məşqçilik etməkdən çox xoşbəxt olaram” – Setyen

“Barselona”nın baş məşqçisi Kike Setyen PSJ-nin futbolçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az “BeinSports”a istinadən xəbər verir ki, mütəxəssis, “Barselona”nın şərəfini qorumuş braziliyalı futbolçunu çalışdırmaq istədiyini bildirib:

“Neymara baş məşqçilik etməkdən çox xoşbəxt olaram. O, möhtəşəm futbolçudur, kimsə buna şübhə edə bilməz”.

“Barselona”nın Neymarı yenidən heyətinə qatmaq istəməsi ilə bağlı xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button