“Setyen komandada çalışmağa davam etsə, çox yaxşı olacaq” – Vidal

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gün “Napoli” ilə qarşılaşacaq “Barselona”nın futbolçusu Arturo Vidal açıqlama verib.

Komanda.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, ÇL-in qalibi olmaq istədiyini bildirən Vidal, baş məşqçi Kike Setyenin Kataloniya klubundakı gələcəyi ilə bağlı da fikirlərini bildirib:

“Biz “Barselona”yıq, bu turniri qazanmaq bizim vəzifəmizdir. Dünyanın ən yaxşı komandasının bir parçasıyıq, insanlar haqlı olaraq bizdən nəticə tələb edir. Oyunumuzu oynamalı, əvvəldən sonadək aqressiv olmalı, nə istədiyimizi göstərməliyik. Bu oyunda Avropaya gələcəkdə edəcəklərimizlə bağlı mesaj göndərmək istəyirik.

Setyen komandada çalışmağa davam etsə, çox yaxşı olacaq. O, futbolçularla yaxşı münasibət yaradan bir məşqçidir”.

“Barselona” – “Napoli” oyunu bu gün, saat 23:00-da start götürəcək.