“Bu qərarın bizə zərər və ya fayda verəcəyini bilmirik” – “Barselona”nın baş məşqçisi

“Barselona”nın baş məşqçisi Kike Setyen koronavirus səbəbiylə dayandırılan La Liqayla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, beş futbolçu dəyişikliyinə icazə verəcək qərar və liqanın bərpası ilə bağlı danışıb:

“Bu qərarın bizə zərər və ya fayda verəcəyini bilmirik. Oyun üslubumuza mənfi təsir göstərəcəyini düşünürəm. Bir çox oyunun nəticəsi son dəqiqələrdə dəqiqləşir. Bu anda yeni futbolçuların meydana çıxması üçün rəqibə fürsət verilsə, yorğun futbolçuların yaratdığı zəiflik ortaya çıxmaz.

İki həftə ərzində La Liqa bərpa olunacaq. Bütün futbolçuların böyük motivasiyası var, çünki uzun müddətdir oynamırlar. Çox sıx çalışırıq, futbolçular da yaxşıdır. Ümid edirəm ki, çempionatın bərpasından sonra çox zədəlimiz olmaz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button