“Şerif” özünə baş məşqçi tapdı

Moldovanın “Şerif” klubunun yeni baş məşqçisinin adı məlum olub.

Komanda.az xəbər verir ki, Stepan Tomas “Şerif”in “sükanı arxasına” keçib. Klub 46 yaşlı mütəxəssislə müqavilənin müddətini və şərtlərini açıqlamayıb.

Xorvatiyalı mütəxəssis məşqçilik karyerasına 2010-cu ildə başlayıb və daim Türkiyədə çalışıb. O, 2019-cu ildən baş məşqçi funksiyasını yerinə yetirir. Onun son iş yeri “Göztəpə” olub.

İyunun 8-də “Şerif” ukraynalı baş məşqçi Yuri Vernidubla yollarını ayırıb. Bundan sonra vakant vəzifəyə belaruslu Viktor Qonçarenko və rusiyalı Mixail Qalaktionovun namizəd olduğuna dair xəbərlər yayılmışdı. Vernidub və Qonçarenko həm də, “Neftçi”nin baş məşqçi postuna namizəd göstərilirdi. Amma “ağ-qaralar” rumıniyalı Laurentsiu Regekampfla 2 illik müqavilə bağlayıb.