“Real”ın futbolçusu cəzalanacaq: “Milyonerdilər və hər şeyi edə biləcəklərini düşünürlər”

Serbiyanın prezidenti Aleksandr Vuçiç “Real”ın hücumçusu Luka Yoviçi və “Askoli”nin yarımmüdafiəçisi Nikola Ninkoviçi karantin qaydalarını pozmaqda ittiham edib.

Komanda.az xəbər verir ki, bu barədə Vuçiç “goal.com”a açıqlama verib:

“Bu gənclər milyonerdilər və hər şeyi edə biləcəklərini düşünürlər. Qanunu pozanlar ciddi şəkildə cəzalanacaqlar”.

Yoviç karantində olmasına baxmayaraq, sevgilisi Andyela Manitaseviçin doğum gününə qatılmaq üçün Belqrada getmişdi.