Məşhur tennisçi Avstraliyadan deportasiya ediləcək

Serbiyalı tennisçi Novak Cokoviç “Australian Open” turnirində iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, Avstraliya Federal Məhkəməsi idmançının vizasını ləğv edilməsi qərarına etdiyi etirazı qəbul etməyib. Cokoviçin vizasının ləğvi qərarı qüvvədə qalıb və o, Avstraliyadan deportasiya ediləcək.

Novak Cokoviçin Avstraliya vizasının ləğv olunmasına səbəb koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması olub.