Serbiyalı hücumçu intihar etdi – 38 yaşında

Serbiyalı keçmiş futbolçu Milyan Mrdakoviç intihar edib.

Komanda.az Serbiya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı sabiq hücumçu Belqradda öz rəfiqəsi ilə kirayələdiyi evdə özünə qəsd edib.

Qeyd edək ki, Mrdakoviç karyerası ərzində Belçikanın “Anderlext”, “Gent”, “Endraxt”, Avstriyanın “Austriya”, Ukraynanın “Metallist” (Xarkov), İsrailin “Makkabi” (Təl-Əviv), Portuqaliyanın “Vitoriya”, Çinin “Şandonq Lunin”, “Tsyansu Sunin”, Kiprin “Apollon”, “Etnikos”, AEK (Larnaka), “Enosis”, Yunanıstanın “Veriya”, “Levadiakos”, “Aqrotikos”, Sinqapurun “Tampines Rovers” və Serbiyanın “OFK Belqrad”, “Rad”, “Voyvodina” klublarının şərəfini qoruyub. O, karyerasını 2017-ci ildə “OFK Belqrad”da başa vurub. Mrdakoviç Serbiya yığmasının da uğurları üçün çalışıb.