Serbiyalı futbolçu Super Liqa klubunda

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Serbiyanın “Partizan” klubundan yarımmüdafiəçi Armin Derleki transfer edib.

Bu barədə Sivas klubunun rəsmi saytı məlumat yayıb. 19 yaşlı serbiyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Derlek Serbiyanın digər paytaxt təmsilçisi “OFK Belqrad” klubunun yetirməsidi. O, “Partizan”a 2017-ci ildə cəlb olunub.