Yığmanın keçmiş baş məşqçisi koronavirusdan öldü

Keçmiş Serbiya və Çernoqoriya milli komandasının baş məşqçisi olmuş İliya Petkoviç vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Serbiya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 75 yaşlı Petkoviç bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Onun koronavirus testi müsbət nəticələnmişdi.

Petkoviç 2001-2002-ci ildə Yuqoslaviya, 2003-2006-cı illər aralığında isə Serbiya və Çernoqoriya milli komandasının baş məşqçisi olub.