“Fənərbaxça” 3 illik müqavilə bağlayacaq – Serbiya millisinin üzvü ilə

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Benfika”nın futbolçusu Lyubomir Feysanı transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Fənərbaxça”nın “Benfika” klubu ilə razılaşdığı və 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayacağı bildirilir.

2013-cü ildən “Benfika”da çıxış edən Feysa, eyni zamanda Serbiya milli komandasının da üzvüdür.