Serb hücumçu Bundesliqa klubunda

Almaniyanın “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Serbiyanın “Srvena Zvezda” klubunun hücumçusu Deyan Yoveliçi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 28 nömrəli formanı geyinəcək.

Serbiyalı hücumçu “Srvena Zvezda”nın yetirməsidi. 2016-cı ildən etibarən paytaxt klubunda 21 rəsmi oyuna çıxan gənc hücumçu, 11 qola imza atıb. O, həm də Serbiyanın gənclərdən ibarət yığma komandasının üzvüdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button