Şenol Günəş: “Xəyalımızı gerçəkləşdirdik”

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiyaya qarşı keçirdikləri oyunu şərh edib, qitə birinciliyinə vəsiqəni təmin etmələrindən danışıb.

Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis 0:0 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

“Ölkə olaraq bir xəyalımız vardı. Bu hədəfə çatmaq çox önəmli idi. Sonunda bu xəyalımızı gerçəkləşdirdik. 9 ay oldu, 9 doğurduq və uşaq oldu. Bu uşağa yaxşı baxmaq lazımdı. Avropa çempionatında da yaxşı işlər görməliyik.

Bu oyunda qol vura bilmədik. İlk hissədə hücuma çıxa bilmədik. Rəqibin sərt oyununa məruz qaldıq. Amma fasilədən sonra daha yaxşı idik, rəqibin sərtliyinə cavab verdik. Nəticədə iki ardıcıl heç-heçəyə imza atdıq.

Dünya və Avropa çempionatlarına daimi olaraq qatılmaq üçün, Türkiyə futbolunu yenidən ələalmaq lazımdı. Futbol ölkəmizdə çox sevilir. Yenidən bu həyəcanı yaşatmağa başlayan futbolçularıma təşəkkür edirəm. Bu, mənim yox, bizim komandamızdı. Xəyalımız çoxdu, amma bu xəyalları tək mənim həyata keçirməyim mümkünsüzdü. Yeni nəsillərin önünü açmağın xəyalını qururam. Mənim ən böyük hədəfim dünya çempionatı ilə bağlıdı. Avropa çempionatında yaxşı nəticələr qazana bilsək, DÇ-də daha yaxşı yerlərə çıxa bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button