Şenol Günəş: “Azərbaycanda öz meydanımızda oynayacağıq”

Futbol üzrə Türkiyə yığma komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin final mərhələsindəki ev oyunlarından ikisini Bakıda keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “ay-ulduzlular”ın çalışdırıcısı bunları söyləyib:

“Xeyirli olsun. Biz Bakını istəyirdik. Azərbaycanda öz meydanımızda oynayacağıq. Buraya gəlmək önəmli idi. Qürurvericidi. İnşallah, qrupdan çıxaraq daha gözəl günlər görəcəyik”.

Qeyd edək ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyulun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu da Bakıda keçiriləcək.

AÇ-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar. İtaliya da AÇ-nin ev sahiblərindən biri olduğu üçün, bu komandanın iştirakı ilə baş tutacaq oyunlar Bakıda keçirilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button