Seneqallı hücumçu rəsmən İtaliya klubunda

“Monako”nun hücumçusu Keyta Baldenin İtaliyanın “Sampdoriya” klubuna keçidi rəsmiləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Sampdoriya” 25 yaşlı seneqallı futbolçunu satınalma şərti ilə bir illik icarəyə götürüb. Keytanın yeni komandasında “10” nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

Balde 2017-ci ildən “Monako”nun uğurları üçün çalışır. O, geridə qalan mövsümdə bu komandanın heyətində 26 oyuna çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Keyta 2018/19 mövsümündə Milan “İnter”ində icarədə olub. Seneqal yığmasının üzvü “Monako”dan öncə “Latsio”nun uğurları üçün çalışırdı.