“Liverpul”a hörmət edirəm, amma Kloppa yox”

Seneqal milli komandasının baş məşqçisi Aliu Sisse “Liverpul”un çalışdırıcısı Yurgen Kloppun Afrika Millətlər kuboku turnirini zəif görməsinə münasibət bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Sisse, Kloppun afrikalı futbolçular hesabına Premyer Liqada yaxşı mübarizə apardığını deyib:

“Seneqal millisini çalışdırıram və futbolçu yetişdirirəm. Onlar Kloppun “Liverpul”unda oynayır. Mən kluba hörmət edirəm, amma Kloppa yox. Hansı ki, o, Afrika Millətlər kubokunun nüfuzunu zədələyir.

Klopp afrikalı futbolçuların hesabına olduğu yerdədir. Hər finalı Məhəmməd Salah, Sadio Mane, Joel Matip kimi oyunçuların hesabına qazanır”.