Semedo “Barselona” ilə vidalaşdı

“Barselona”dan ayrılacağı gözlənilən Nelson Semedo klubla vidalaşıb.

Komanda.az xəbər verir ki, şəxsi “instaqram” hesabından paylaşım edən 26 yaşlı futbolçu, kluba təşəkkür edib:

“Mənə bu formanı geyinmək, “Kamp Nou”da oynamaq, öyrənmək və dünyanın ən yaxşılarından zövq almaq imkanı verdiyi üçün “Barselona”ya təşəkkür edirəm. Məni bir futbolçu və insan kimi inkişaf etdirdiyi üçün təşəkkür edirəm. Unutmayacağım üç möhtəşəm il keçirdim. Gəldiyimdən bu günə qədər mənə kömək edən dostlarıma, klub işçilərinə, azarkeşlərə – hər kəsə təşəkkür edirəm”.

Semedonun “Vulverhempton”a keçməsi gözlənilir.