“Seltik”də koronavirus şoku

Şotlandiyanın “Seltik” klubunda 13 nəfər karantinə alınıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın müdafiəçisi Kristofer Jullienin koronavirus testinin pozitiv nəticələndiyi bildirilir. Futbolçuyla yaxın təmasda olan baş məşqçi Nil Lennon və onun köməkçiləri, həmçinin əsas komandanın 13 futbolçusu tədbir məqsədiylə karantinə alınıb.

Bütün şəxslər yenidən koronavirus testindən keçəcək.