“Seltik” baş məşqçi seçimini etdi

Şotlandiyanın “Seltik” klubu baş məşqçi postu ilə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, fevral ayında İngiltərənin “Liverpul” klubuna gedən Brendan Rocersin istefasından sonra müvəqqəti baş məşqçi təyin olunan Nil Lennon növbəti mövsümdə də bu komandanı çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Lennon qısa müddət ərzində bu kluba rəhbərlik etməsinə baxmayaraq, “Seltik”lə “qızıl het-trik”ə imza atıb. Belə ki, sözügedən komanda həm Premyer Liqada, həm Şotlandiya Kubokunda, həm də Liqa Kubokunda qalib olub.

Lennon məşqçilik karyerasına məhz “Seltik”də başlayıb. O, 2010-2014-cü illər aralığında bu komandanı 2 dəfə Şotlandiya çempionu edib, eyni sayda da ölkə kubokunu qazanıb. 2014-2016-cı illərdə İngiltərənin “Bolton” klubunda çalışan Nil 2016-cı ildən “Hibernian”a rəhbərlik etsə də, bu ilin yanvar ayında sözügedən komanda ilə yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button