Useyn Boltun keçmiş sevgilisinə görə həyat yoldaşını tərk etdi FOTOLAR

“Şeffild Yunayted”in futbolçusu Fil Jaqelka avstraliyalı model üçün 10 illik həyat yoldaşını tərk edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi xanımına “bu qədər bəsdir” deyərək, ayrılıq qərarını açıqlayıb. Fil Jaqelkanın son zamanlarda avstraliyalı model Holli Yanqla birlikdə olduğu bildirilir.

Holli Yanq 2017-ci ildə yamaykalı atlet Useyn Boltla sevgili olmuşdu.

“Şeffild Yunayted”in yetirməsi olan Jaqelka, 2007-2019-cu illər aralığında “Everton”da forma geyinib. O, bu yay yetirməsi olduğu kluba qayıdıb. Jaqelka 40 dəfə də İngiltərə millisinin formasını geyinib.