120 illik rekord təkrarlandı

“Şeffild Yunayted” İngiltərə Premyer Liqasının 16-cı turunda səfərdə “Norviç”i məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən qarşılaşmada “Şeffild Yunayted” 120 illik klub rekordunu yeniləyib. Belə ki, Kris Uaylderin rəhbərlik etdiyi kollektiv son 8 səfər matçıdır ki, məğlub olmur. Komanda bu oyunlarda 2 qələbə qazanıb və 6 heç-heçə edib.

“Şeffild Yunayted” sonuncu dəfə 1899/1900 mövsümündə, İngiltərənin yüksək divizionunda ardıcıl 8 səfər matçında məğlub olmamışdı.

“Şeffild Yunayted” hazırda Premyer Liqada 22 xalla 8-ci sıradadır.