“Sarrinin Qvardioladan fərqli olaraq, daha müasir fikirləri var” – Danilo

İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Danilo açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, “Mançester Siti”nin baş məşqçisi ilə “qoca sinyora”nın çalışdırıcısı Mauritsio Sarrini müqayisə edib:

“Sarrinin Qvardioladan fərqli olaraq, daha müasir fikirləri var. O, müdafiəyə daha çox əhəmiyyət verməyi sevir və topa nəzarət etməyimizi istəyir. Bu, mənim üçün çox böyük dəyişiklik olmadı, bu cür oynayanda, özümü çox rahat hiss edirəm.

Sarri və Qvardiola bir çox cəhətdən çox oxşardır, xüsusilə taktika və yanaşma cəhətdən. Hər iki mütəxəssis oyunu əvvəldən proqnozlaşdırmaq üçün rəqibləri diqqətlə öyrənirlər. “Mançester Siti”də hər şey sanki avtomatik idi, hər hərəkət, hər addım üzərində çalışırdıq. Sarri isə bu baxımdan fərqlidir, o, futbolçuya özünü meydanda sərbəst ifadə edə bilməsi üçün daha çox azadlıq verir. Ümumilikdə isə, onların oyun modelləri eynidir və uyğunlaşmaq üçün vaxt lazımdır. Qvardiola üçün bu, 2 il çəkdi”.

Braziliyalı futbolçu 2017-2019-cu illərdə “Mançester Siti”nin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button