“Sarri “Yuventus”la razılıq əldə etsə, “Napoli”yə xəyanət etmiş olar”

“Napoli”nin forvardı Lorenso İnsinye “Çelsi”nin çalışdırıcısı Mauritsio Sarri ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, keçmiş baş məşqçisi Sarrinin “Yuventus”a keçəcəyi təqdirdə, “Napoli”yə xəyanət edəcəyini deyib:

“Bu tip fərziyyələr məni təəssüfləndirir. Sarri “Napoli” üçün çox şey edib. Eyni zamanda, o, bir peşəkardır, amma “Yuventus”u seçsə, bu, çox pis olar. Sarri “Yuventus”la razılıq  əldə etsə, “Napoli”yə xəyanət etmiş olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button