“Sarri yaxşı məşqçidir, amma…” – Fabreqas

“Monako”nun futbolçusu Sesk Fabreqas karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, “knyazlıq klubu”na qatılmazdan əvvəl A Seriyası klubları ilə danışıqlar apardığını bildirib:

“Monako”ya transfer olunmazdan əvvəl dörd klubla danışıqlar aparırdım. “Napoli” və “Milan”la müzakirələrimiz oldu, lakin sonda “Monako”nu seçdim”.

Fabreqas, “Yuventus”un sabiq baş məşqçisi Mauritsio Sarri və “qoca sinyora”nın hazırkı çalışdırıcısı Andrea Pirlo barədə də danışıb:

“Sarri yaxşı məşqçidir, amma onun inancları var, fikirlərini dəyişdirmək çox çətindir.

Pirlo meydanda dahi futbolçu idi. O, Karlo Ançelotti, Antonio Konte ilə birlikdə işləyib. Pirlonun yaxşı baş məşqçi olacağına şübhəm yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button