Sarri Ronaldonun əvəzlənməsi ilə bağlı: “Qorxduq”

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Lokomotiv”ə 2:1 hesabı ilə qalib gələn “Yuventus”un baş məşqçisi Mauritsio Sarri açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, oyunun gedişində hücumçu Kriştiano Ronaldonu əvəzləməsinin səbəbini izah edib:

“Onu fiziki vəziyyətinə görə qorxduğumuz üçün əvəzlədik. Birinci hissənin sonunda müəyyən narahatlığı vardı, qalan dəqiqələrdə zədələnəcəyindən qorxduq.

Duqlas Kostaya gəldikdə isə, o, hər zaman bizim üçün vacib futbolçudur, amma hazırda ideal formasından uzaqdır. O, hələ də malik olduğu sürətə sahib deyil, amma onun əla texnikası var. Nə Aron Remzi, nə də o hər iki oyunda tam oynaya bilmədilər. Buna görə də, onları əvəzlədik”.