Sarri: İkinci transferi gözləyirik

“Çelsi”nin baş məşqçisi Mauritsio Sarri klubun saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis, yeni futbolçu transfer edəcəklərini deyib:

“Bizə iki futbolçu lazım idi, birini aldıq, indi ikincini gözləyirik. Sesk Fabreqasın “Monako”ya gedişindən sonra bu mövqeyə yeni oyunçu gətirmək istəyirik.

Transfer olmasa, bu, böyük problem deyil. Əlimdə olan futbolçularla işləməliyəm. Düşünürəm ki, transfer pəncərəsi bağlanana qədər yeni futbolçu gətirəcəyik”.

“Çelsi” qış transfer pəncərəsi dövründə “Yuventus”dan Qonsalo İquaynı transfer edib.