Sarri: “Bu, məyusedicidir”

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri A Seriyasının 34-cü turunda “Milan”la oyundakı məğlubiyyəti (1:2) şərh edib.

Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, Sarri, oyunun əsas məqamında səhvə yol verdiklərini bildirib:

“Oyunun əsas məqamında səhvə yol verdik. Bu, məyusedicidir. İlk hissəni yaxşı keçirdik, lakin həlledici anda bəzi oyunçuların səhhətində yaranan problemlər səbəbindən lazımi müqavimət göstərə bilmədik. Topu çox tez-tez rəqibə verirdik”.

“Milan” 34 turdan sonra 74 xalla İtaliya A Seriyasının turnir cədvəlində birinci yerdədir. “Latsio” isə 56 xalla 7-ci pillədə yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button