“Sanki zindanda quru çörək və su gözləyir” – Rabiotun meneceri

PSJ-dən ayrılmaq istədiyi iddia edilən Adrien Rabiotun anası və meneceri Veronik Rabiot sərt açıqlama verib.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan Veronik, oğlunun Parisdə məhkum olduğunu deyib:

“Adrien Parisdə məhkumdur, hətta əsir götürülüb. Sanki zindanda quru çörək və su gözləyir. Ona pis davranırlar.

Əsir saxlanılır, çünki onların yeni müqavilə təklifini rədd etdi. Başqa yerdə oynamaq istəyir. 7 il xidmət etdiyi PSJ-dən hörmət gözləyir. Hamı başqa komandayla razılaşdığımızı deyir, ancaq hələ belə bir şey yoxdur”.

PSJ ilə mövsümün sonuna kimi müqaviləsi olan Rabiotla “Real”, “Mançester Yunayted”, “Tottenhem”, “Liverpul” yaxından maraqlanır.