“Milan”ın yeni transferi sıradan çıxdı

“Milan” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın futbolçusu Sandro Tonali zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyasının ilk turunun “Bolonya” ilə matçında (2:0) zədələnən Tonali, bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Milan” Tonalini bu ay “Breşiya”dan icarəyə götürüb.