“Mançester Siti”dən 1-ci liqa klubuna

“Sanderlend” klubu icarə əsasında komandada çıxış edən Patrik Robertsin transfer hüquqlarını alıb.

Komanda.az xəbər verir ki, 1-ci liqa təmsilçisi 24 yaşlı yarımmüdafiəçinin birdəfəlik keçidi üçün “Mançester Siti” klubu ilə razılaşıb. Bu barədə “Sanderlend”in mətbuat xidməti məlumat yayıb. Robertslə 6 aylıq müqavilə imzalanıb.

“Sanderlend” mövsümün əvvəlində Robertsi “Mançester Siti”dən 6 aylıq icarəyə götürmüşdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button