MY “Real”la danışıqlara başlayır

“Real”ın futbolçusu Qaret Beylin yenidən İngiltərə Premyer Liqasında çıxış etmək ehtimalı yaranıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted” uelsli futbolçunu heyətinə qatmaq istəyindədir. “Borussiya”dan (Dortmund) Ceydon Sançonu heyətinə qata bilməyən “qırmızı şeytanlar”, bu dəfə Beyli hədəf seçib. Premyer Liqa klubu “Real”ın satış siyahısında olan futbolçu üçün ilkin danışıqlara başlamaq niyyətindədir.

İngiltərədə daha əvvəl “Tottenhem”də çıxış etmiş Beylin “Real”la müqaviləsi 2022-ci ilin yazında başa çatır.