“San Siro” sökülməyəcək – Rəsmi qərar

İtaliyanın “Milan” və “İnter” klublarının birgə istifadə etdiyi “San Siro” stadionu sökülməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə Milan Şəhər Soveti qərar çıxarıb.

“Football Italia”nın məlumatına görə, sözügedən qurumda bu arenanın sökülməsi və ya qalması ilə bağlı səsvermə keçirilib. Əksəriyyət stadionun saxlanılmasını istəyib. Bu üzdən də arena mövcudluğunu qoruyacaq.

Qeyd edək ki, bir neçə ay öncə “İnter”lə “Milan” rəhbərliyi “San Siro”nun sökülməsi ilə bağlı ortaq razılığa gəlmişdi. Sözügedən klublar bu stadionun yerində daha müasir və böyük bir arena inşa etməyi planlaşdırmışdılar.

Şəhər rəhbərliyinin bu qərarından sonra “İnter” və “Milan” klublarının yeni arena ilə bağlı hansı addımı atacağı maraqla gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button