Göz yaşlarına səbəb olan 2 xal FOTO

San Marino milli komandasının müdafiəçisi Dante Rossi UEFA Millətlər Liqasında Cəbəllütariqə qarşı keçirdikləri oyundan (0:0) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi, ardıcıl iki oyunda da 1 xal qazandıqları üçün çox sevincli olduğunu deyib və ağlayıb:

“Həqiqətən, bu, mənim üçün bir xəyaldır. Danışacaq, nəsə şərh verəcək bir sözüm yoxdur. Ailəm, dostlarım hər kəs xoşbəxtdir. Komanda yoldaşlarıma təşəkkür edirəm. Bu xalı özü kiçik, qəlbi böyük olan bir xalqa həsr edirəm”.

San Marino millisi tarixində ilk dəfə ardıcıl iki oyunda qol buraxmayıb və meydanı 1 xalla tərk edib.