“Samtredia”ya ilk qələbəni Nicat Qurbanov qazanırdı

Futbol üzrə Gürcüstan çempionatında 2-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtredia” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Kutaisi “Torpedo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qalib ayrılıb – 1:0.

Nicat da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Komandasının yeganə qolunu da məhz Qurbanov vurub. 28 yaşlı hücumçu 13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Bununla da “Samtredia” cari mövsüm ilk qələbəsini qazanıb və hazırda 3 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button