Koronavirusa yoluxan futbolçu: “Futbol haqda düşünmürəm”

“Sampdoriya”da koronavirusa yoluxan futbolçulardan olan Albin Ekdal açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, isveçli yarımmüdafiəçi, xəstəlik dövrü haqda danışıb:

“İndi özümü daha yaxşı hiss edirəm. Virusun artıq bədənimi tərk etdiyini düşünürəm. Xəstə olanda da özümü çox pis hiss etmədim. Mənim üçün adi qrip simptomları idi – yüngül hərarət, baş ağrısı və s. Xəstəlikdən sonra koronavirusun sürətlə yayıldığını başa düşdüm. Hazırda futbol haqda düşünmürəm. Əsas olan tez bir zamanda normal həyata qayıtmaqdır”.

“Sampdoriya” klubunun 15 üzvündə koronavirus aşkarlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button