Sampaoliyə yeni müqavilə təklif olunacaq

“Marsel”in prezidenti Pablo Lonqoriya baş məşqçi Xorxe Sampaolinin klubla müqaviləsini uzatmasını istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb. Argentinalı mütəxəssisin komandanın oyun tərzinə uyğunlaşması, bir sıra oyunçuların performansını yaxşılaşdırması “Marsel”in prezidentini heyran edib. Yeni müqavilə ilə bağlı məsələ hələ tam dəqiqləşməsə də, Lonqoriya Sampaolini iki ildən çox klubda saxlamaq niyyətindədir.

Lonqoriya nikbindir və klubun sahibi Frank Makkortu argentinalı baş məşqçi ilə müqaviləni uzatmağa inandırmağa çalışacaq.

“Marsel” cari mövsümdə UEFA Konfrans Liqasında yarımfinala kimi irəliləyib.