Sampaoli: “Çox aqressiv olmamalıyıq”

“Marsel”in baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının yarımfinalında “Feyenoord”a qarşı keçirəcəkləri cavab oyunundan gözləntilərini dilə gətirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Niderland təmsilçisi ilə matçda topa daha çox sahib olmalı olduqlarını deyib:

“Meydanın rəqibə aid hissəsində möhkəmlənmək, topa daha çox sahib olmaq və matçın gedişinə nəzarət etmək lazımdır. Bu mövsüm bunu çox etmişik və buna görə, hələ də mübarizə aparırıq. Çox aqressiv olmamalıyıq. Bizim öz oyun üslubumuz var və buna hörmətlə yanaşmaq lazımdır”.

“Marsel” ilk oyunda “Feyenoord”a 2:3 hesabı ilə uduzub. Cavab matçı bu gün, saat 23:00-da başlayacaq.