Samir Abasovun taleyinə nə vaxt aydınlıq gələcəyi bilindi

“Neftçi” klubunda Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib.

Komanda.az “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, iclas iyunun 8-nə təyin edilib.

Klubun inzibati binasında təşkil olunacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Hesabatların dinlənilməsi.

2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

4. Növbəti mövsümün büdcəsi.

5. Digər məsələlər.

Qeyd: Müşahidə Şurasının iclasının başlanma saatı haqqında daha sonra məlumat veriləcək.

“Neftçi”də hazırda əsas komandanın baş məşqçisi Samir Abasovdur. Onun komandadan göndəriləcəyi ehtimal edilir.

Bizi Telegramda izləyin