Samir Abasov: “Qələbə üçün hər şeyi etdik”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Həyəcanlı oyun keçdi. Hər saniyədə oyunun taleyi həll oluna bilərdi. Hər iki komanda uduzmamaq istəyi ilə meydana çıxmışdı. Qol imkanlarımız az oldu. Daha da artırıb, yaxşı komanda görəcəyik.
  • Qələbə qazanmaq üçün hər şeyi etdiz?
  • Risk yox idi. Rəqib həddindən artıq sıx və qol buraxmamaq üçün oynadı. Bu vəziyyətdə onların qapısına getmək çətin idi. Qələbə üçün hər şeyi etdik. Düzdür, bəzi şeylər alınmadı. Bu, futboldur.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button