Samir Əliyevin komandası uduzdu

Bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək və 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığma komandaları arasında yoxlama oyunu keçirilib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-19-un 3:1 hesabı ilə qalib gəldiyi oyunda bu komandanın qollarını Kamran Quliyev, Musa Qurbanlı və İsmayıl Zülfüqarlı vurub.

Samir Əliyevin rəhbərlik etdiyi yığmanın heyətində isə Təbriz İsazadə fərqlənib.