Samir Əliyev: “Rəqib bizdən daha üstün və hazırlıqlı idi”

5-ci İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində bu gün keçirmiş Türkiyə U-23 – Azərbaycan U-23 oyunundan sonra milli komandamızın baş məşqçisi Samir Əliyev AFFA-nın rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“Güclü rəqibə qarşı mübarizə apardıq. Türkiyə millisi turnirin əsas favoritlərindən biridir. Oyun da göstərdi ki, səviyyə cəhətdən bizdən daha üstün və hazırlıqlı komandadır. Buna baxmayaraq, futbolçularım sonadək mübarizə apardılar, əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Təəssüf ki, minimal hesabla məğlub olduq”.