“Bavariya” Noyerə əvəzləyici tapdı

“Şalke”nin futbolçusu Aleksandr Nubel karyerasını “Bavariya”da davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Məlumatda, Nubelin “Bavariya”ya azad agent kimi keçəcəyi bildirilir.

Münhen təmsilçisi 23 yaşlı qapıçını Manuel Noyerə əvəzləyici kimi düşünür. “Bavariya” ilə Nubel arasındakı ilkin danışıqlar müsbət nəticələnib.

2015-ci ildən “Şalke”də çıxış edən Nubelin müqaviləsi mövsümün sonunda bitir.