Kapitan sıradan çıxdı

Almaniyanın “Şalke” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, klubun müdafiəçisi Omar Maskarell yenidən zədələnib. Bu barədə komandanın baş məşqçisi David Vaqner məlumat verib.

Mütəxəssisin sözlərinə görə reabilitasiya zamanı yenidən zədələnən komandanın kapitanı mövsümün qalan hissəsində iştirak edə bilməyəcək.