Bundesliqa klubunun prezidenti istefa verdi – İrqçi açıqlamaya görə

“Şalke” klubunun prezidenti Klemens Tönnis 3 aylığına vəzifəsindən istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klemens bir müddət əvvəl açıqlama verərək, Afrikada insanların nəsil artırmağı dayandırmalı olduqlarını demişdi. Klemens, daha sonra bu açıqlamanın irqçiliklə bağlı olmadığını demiş və üzr istəmişdi.

Klemens üç aydan sonra yenidən işinin icrasına başlayacaq.