Salahın maskasından istifadə edib, mağaza soymağa çalışdılar FOTO

Qahirədə “Liverpul”un və Misir millisinin futbolçusu Məhəmməd Salahın maskalarından istifadə edərək, qarətçilik etməyə çalışan dəstə saxlanılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, mağaza qarət etməyə çalışan 4 nəfər polislər tərəfindən yaxalanıb. Onların hamısı üzlərini gizlətmək üçün Salahın maskasından istifadə edib.