Salahdan nümunəvi addım

İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah növbəti dəfə nümunəvi addımı ilə gündəmə gəlib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, misirli futbolçu xuliqanların hücumuna məruz qalan evsiz insana kömək edib. Hadisə Mersisayd klubunun “Arsenal”la keçirdiyi Premyer Liqa oyunundan sonra (3:1) baş verib. Yanacaqdoldurma məntəqəsində bir nəfərin hücuma məruz qaldığını görən Salah, xuliqanları ordan uzaqlaşdırıb və evsiz şəxsə 100 funt-sterlinq verib.